...

İsveçin boks üzrə milli yığmasının məşqçisi: “İlk Avropa Oyunları tarixi hadisədir”

Baku 2015 : EUROGAMES Materials 23 İyun 2015 10:32 (UTC +04:00)
İlk Avropa oyunları tarixi hadisədir. Çünki ilk dəfə keçirilir.
İsveçin boks üzrə milli yığmasının məşqçisi: “İlk Avropa Oyunları tarixi hadisədir”

Azərbaycan, Bakı, 23 iyun /Trend/

İlk Avropa Oyunları tarixi hadisədir. Çünki ilk dəfə keçirilir. Trend-in məlumatına görə, bunu İsveçin boks üzrə milli yığmasının məşqçisi Santyaqo Nieva yerli mətbuata müsahibəsində belə deyib.

O bildirib ki, həm təşkilatçılıq, həm də ona olan marağa görə "Bakı 2015"i Olimpiya Oyunları hesab etmək olar: "Avropa Oyunları gələn il Rio Olimpiadası üçün çox yaxşı təcrübədir. Bütün idman növlərində olduğu kimi, boksçular üçün də yaxşı şərait yaradılıb və İsveç bu yarışlarda peşəkar boksçularla təmsil olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti