...

Macar məşqçi: “Bakıda I Avropa Oyunları möhtəşəm yarışlardır”

Baku 2015 : EUROGAMES Materials 28 İyun 2015 14:38 (UTC +04:00)
"Bakıda I Avropa Oyunları möhtəşəm yarışlardır". Bu barədə Trend-ə çimərlik futbolu üzrə Macarıstan millisinin məşqçisi Tamas Veys deyib.
Macar məşqçi: “Bakıda I Avropa Oyunları möhtəşəm yarışlardır”

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

"Bakıda I Avropa Oyunları möhtəşəm yarışlardır". Bu barədə Trend-ə çimərlik futbolu üzrə Macarıstan millisinin məşqçisi Tamas Veys deyib.

O, hər şeyin ən yüksək səviyyədə olduğunu bildirib: "Oyunların təşkili, stadionlar, xidmət edən işçi heyəti - hər şey yüksək səviyyədə idi. Bu möhtəşəm, inanılmaz tədbirdir. Komandamız yarışlarda layiqli çıxış etmək üçün bütün gücünü ortalığa qoydu".

T.Veys Bakıda birinci dəfə olmadığını qeyd edib: "Bakıya artıq üçüncü dəfədir gəlirəm. Şəhəriniz çox xoşuma gəlir. Hesab edirəm ki, Bakı turistlər üçün çox cəlbedici məkandır, mütləq dostlarıma bura səyahət etməyi məsləhət görəcəyəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti