...

"Eurovision"da Azərbaycanı təmsil etmək istəyən müğənni iddiasını açıqladı

Mədəniyyət Materials 21 Dekabr 2010 17:18 (UTC +04:00)
"Eurovision 2011" mahnı müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan müğənni Arzumun final konsertinə gərgin iş qrafiki ilə hazırlaşdığı məlum olub. Trend-ə açıqlama verən müğənni demək olar ki, günün bütün vaxtlarında məşq edir, studiyada mahnı seçimlərində olur. Mətbuata verilən açıqlamada bildirilir ki, bir neçə mahnı arasında seçim edən Arzum lirik mahnı oxumayacaq. O, qəti şəkildə lirikadan yan gəzərək, səs və rəqs imkanlarını nümayiş etdirə biləcəyi müasir musiqiyə üstünlük verəcək. Arzum "Eurovision"ın tələblərinə uyğun olaraq həm də ingilis dilini mükəmməlləşdirmək üçün dərs alır.
"Eurovision"da Azərbaycanı təmsil etmək istəyən müğənni iddiasını açıqladı

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir Ş.Cavadsoy/

"Eurovision 2011" mahnı müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan müğənni Arzumun final konsertinə gərgin iş qrafiki ilə hazırlaşdığı məlum olub. Trend-ə açıqlama verən müğənni demək olar ki, günün bütün vaxtlarında məşq edir, studiyada mahnı seçimlərində olur. Mətbuata verilən açıqlamada bildirilir ki, bir neçə mahnı arasında seçim edən Arzum lirik mahnı oxumayacaq. O, qəti şəkildə lirikadan yan gəzərək, səs və rəqs imkanlarını nümayiş etdirə biləcəyi müasir musiqiyə üstünlük verəcək. Arzum "Eurovision"ın tələblərinə uyğun olaraq həm də ingilis dilini mükəmməlləşdirmək üçün dərs alır.

"Eurovision 2011" namizədi son illər müsabiqədə ifaçıların hər hansısa komanda tərəfindən layihə şəklində təqdim olunmasına da münasibət bildirib. Onun sözlərinə görə, hələ ki heç bir prodakşnla bu barədə işbirliyi qurmayıb. "Müsabiqənin ilk günlərindən bu günə kimi qazandığım bütün uğurlarımı öz gücümə əldə etmişəm. Final turunda keçə bilmək üçün çəkdiyim əziyyətlərin bəhrəsini gördüm. Çox istərdim ki, bu uğurumu növbəti dəfə finalda təkrarlayaraq, Vətənimi Almaniyada təmsil edim. Ona görə də həmişə olduğu kimi tam gücümlə çalışacağam ki, finalda tamaşaçılara bənzərsiz şou nümayiş etdırim. O ki, qaldı bu işdə kimlərinsə mənə kömək etməsinə, sözün düzü, hələ ki belə bir təklif almamışam. Lakin niyə də olmasın... Əgər həqiqətən də mənə uyğun və doğrudan da maraq doğuracaq layihə olarsa, böyük məmnuniyyətlə həmin komanda ilə işləyərəm. Mən bir niyyətlə bu müsabiqəyə qatılmışam. Avropa üçün maraq doğuracaq performans nümayiş etdirmək fikrindəyəm. Bundan öncə "Eurovision"da ölkəmizi təmsil edən Elnur, Samir, Aysel və Safuradan çox fərqli çıxış edəcəyəm", - müğənni Arzum deyib.

Xəbər lenti

Xəbər lenti