...

NEXT Avropa turnesinə əlidolu çıxacaq

Mədəniyyət Materials 5 Yanvar 2011 16:27 (UTC +04:00)
Son zamanlar daxilində baş verən dəyişikliklərlə bağlı müzakirə obyektinə çevrilən NEXT musiqi qrupu yanvar ayında ilk diskini təqdim edəcək.
NEXT Avropa turnesinə əlidolu çıxacaq

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir Ş.Cavadsoy/

Son zamanlar daxilində baş verən dəyişikliklərlə bağlı müzakirə obyektinə çevrilən NEXT musiqi qrupu yanvar ayında ilk diskini təqdim edəcək. Qrup üzvünün dəyişilməsi ilə əlaqədar olaraq gecikən "Love for sale" albomunun artıq son tamamlama işləri də bitmək üzrədir.

Trend-ə qrupun yenilikləri barədə məlumat verən mətbuat katibi Aysər Həsənlinin sözlərinə görə, NEXT Azərbaycanda albomlarını tamaşaçıların ixtiyarına verdikdən sonra mart ayında musiqi toplularını Avropada təqdim edəcək.

"Sözügedən lahiyə çərçivəsində qrup üzvləri İngiltərə, Danimarka, Norveç və Niderlandda konsert proqramları ilə çıxış edəcəklər. Layihənin gedişatı zamanı siyahıya bir çox əlavələrin olunacağı da gözlənilir. Belə ki, hazırda bir çox ölkələrin diasporları ilə danışıqlar aparılır. Turne şəklində ilk yerli qrup olaraq NEXT-in çıxış etməsi məsuliyyəti daha da artırır", - Həsənli deyib.

Qrupda baş verən dəyişikləri bəziləri NEXT-in dağılması kimi qiymətləndirsə də, əslində heç də belə deyil. Artıq NEXT yeni üzvü ilə birgə lahiyələr üzərində çalışır. Qrup üzvləri bu günlərdə "Arabic love" adlı yeni mahnını da dinləyicilərinə təqdim edib.

Xəbər lenti

Xəbər lenti