...

"Azərsun Holdinq" Azərbaycan klassik musiqi mədəniyyətinə daha bir töhvə verib (FOTO)

Mədəniyyət Materials 3 Mart 2011 15:41 (UTC +04:00)
"Azərsun Holdinq" Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Azərbaycan Bəstəkarlarınnın Antologiyası"nın təqdimat mərasimini keçirib.
"Azərsun Holdinq" Azərbaycan klassik musiqi mədəniyyətinə daha bir töhvə verib (FOTO)

Azərbaycan, Bakı, 3 mart /Trend/

Azərbaycanın milli musiqi mədəniyyətinə hər zaman hörmətlə yanaşan və bu istiqamətdə görülən işləri dəstəkləyən "Azərsun Holdinq" Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Azərbaycan Bəstəkarlarınnın Antologiyası"nın təqdimat mərasimini keçirib.

"Azərsun Holdinq"in mətbuat xidmətindən cümə axşamı Trend-ə bildiriblər ki, dahi bəstəkar Üzeyir Hacıbəyovun əbədi xatirəsinə həsr olunan bu layihənin təqdimetmə mərasiminə Azərbaycanın tanınmış mədəniyyət xadimləri və ictimai qurumların nümayəndələri, tanınmış bəstəkarlar, sənət adamları, eləcə də musiqisevərlər dəvət olunub.

"Azərbaycan Bəstəkarlarının Antologiyası" 15 diskdən ibarət olub, 140-dan çox Azərbaycan bəstəkarlarının yaradıcılığını əhatə edən bir layihədir. Bu diskdə həm Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərinin, həm həvəskar bəstəkarların, həm də müxtəlif müsabiqələrdə yer almış tələbə bəstəkarların əsərləri öz əksini tapıb. Azərbaycan musiqi klassiklərinin piano üçün yazılmış əsərləri demək olar ki, külliyyat şəklində özünə yer tapıb.

Xəbər lenti

Xəbər lenti