...

Azərbaycan şou-biznesində "kişi mafiyası"nda birləşən ulduzlar məlum oldu (FOTO)

Mədəniyyət Materials 9 Mart 2011 14:29 (UTC +04:00)
Populyar Azərbaycan qrupu "Next"in 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Kişilər oxuyur" şüarı ilə təşkil etdiyi növbəti konsert proqramında yerli şou-biznesin "kişi mafiyası"nda birləşən ulduzları məlum oldu.
Azərbaycan şou-biznesində "kişi mafiyası"nda birləşən ulduzlar məlum oldu (FOTO)

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir Ş.Cavadsoy/

Populyar Azərbaycan qrupu "Next"in 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Kişilər oxuyur" şüarı ilə təşkil etdiyi növbəti konsert proqramında yerli şou-biznesin "kişi mafiyası"nda birləşən ulduzları məlum oldu.

Trend vasitəsilə xəbəriniz olsun ki, xalq artisti Faiq Ağayev meyxanaçı Namiq Qaraçuxurlu, müğənnilər İzzət Bağırov, Elnur Məmmədov, Rəhim Rəhimli, Samir Bağırov, Xəyyam Nisanov, Adil Baxışlı bu mafiyanın ən layiqli nümayəndələridir. "Mafioz" sözü gündəlik həyatımızda ürəkaçmayan ifadə kimi səslənsə də, "Next"çilər konsetləri zamanı səhnədən kişi həmrəyliyi göstərib musiqinin danışdığı dillə zərif cinsin nümayəndələrini təbrik etməyə müvəffəq olublar. Bu mafiyanı, "oğru dünyası"nda fəaliyyət göstərən gizli qruplaşmalardan 180 dərəcə fəqləndirən əsas cəhət odur ki, populyar kişilərin hədəfi yalnız mahnılar ifa edib, melomanlara pozitiv enerji bəxş etməkdir. Təqdim etdiyimiz fotolardan da bunu asanlıqla sezmək olar...

Xəbər lenti

Xəbər lenti