...

Xalq artisti Aygün Kazımova Afrikada saçlarından imtina etdi (FOTO)

Mədəniyyət Materials 18 May 2011 15:40 (UTC +04:00)
"Ekstrim Azərbaycan" cəmiyyətinin "Space TV" ilə birgə ərsəyə gətirdiyi "Extreme" realiti-şousu Afrikanın Namibiya ölkəsində necə start götürübsə, iştirakçıların necə mübarizə apardıqları barədə xəbər tutmaq müşkül məsələyə dönüb.
Xalq artisti Aygün Kazımova Afrikada saçlarından imtina etdi (FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir Ş.Cavadsoy/

"Ekstrim Azərbaycan" cəmiyyətinin "Space TV" ilə birgə ərsəyə gətirdiyi "Extreme" realiti-şousu Afrikanın Namibiya ölkəsində necə start götürübsə, iştirakçıların necə mübarizə apardıqları barədə xəbər tutmaq müşkül məsələyə dönüb. Yəqin layihənin rəhbəri və aparıcısı Emin Əhmədov 12 iştirakçı - xalq artisti Aygün Kazımova, müğənnilər - Nadir Qafarzadə, Günel Ələkbərova, Rüfət Axundov, bəstəkar-müğənni Nurlan Əzizbəyli, "Kristal" qrupunun eks solistlərindən biri olan Lalə, tanınmış türkiyəli prodüser Kemal Cenk İçten, "Dəyirman" rep-qrupunun üzvlərindən biri ABD Malik, tele-aparıcılardan Lətafət Ələkbərova, Lamiyyə Rəhimova, model Xanım Manafzadə və iş adamı Dəyanət İsmayılova elə çətin tapşırıqlar verib ki, onlar Bakıdakı doğmalarını belə unudublar.

12 may tarixində Bakını tərk edib Afrikaya yola düşən iştirakçılarla bağlı yalnız 5 gündən sonra informasiya əldə etməyə müvəffəq olduq. Aygün Kazımovanın prodüseri Ülvi Hadıyevin Namibiyada çəkdirmiş olduğu fotolarını Sizə təqdim edirik. Bəli, düz görürsünüz, fotolarda Aygün xanımın uzun saçlarından əsər-əlamət belə yoxdur. Afrikadakı istilər üzündən saçlarından imtina edən xalq artistinin gümrah əhvalda olduğunu sezmək o qədər də çətin deyil.
"Extreme" adlı çətin sınaqda hansı iştirakçının necə mübarizə aparacağını isə televiziya tamaşaçıları 4 iyun tarixindən etibarən "Space TV"nin axşam efirinə baxmaqla öyrənə biləcəklər.

Xəbər lenti

Xəbər lenti