...

"Eurovision-2012"-yə qatılacaq ölkələr müsabiqədə iştiraklarını noyabrda təsdiqləyəcəklər

Mədəniyyət Materials 26 May 2011 14:31 (UTC +04:00)
"Eurovision-2012" mahnı müsabiqəsinə qatılacaq ölkələrin iştiraklarını təsdiqi proseduru noyabr ayında olacaq.
"Eurovision-2012"-yə qatılacaq ölkələr müsabiqədə iştiraklarını noyabrda təsdiqləyəcəklər

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.İsabalayeva/

"Eurovision-2012" mahnı müsabiqəsinə qatılacaq ölkələrin iştiraklarını təsdiqi proseduru noyabr ayında olacaq.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədovun cümə axşamı Trend-ə verdiyi məlumata görə, ölkələrin müsabiqədə iştirakının təsdiqlənməsi tarixləri Avropa Yayım İttifaqı tərəfindən müəyyənləşdiriləcək.

Hazırda isə Azərbaycanda müsabiqənin keçirilməsi üçün hazırlıq işləri aparılır.

Müsabiqənin keçirilməsinə hazırlıq prosesinin müzakirəsi məqsədilə İTV-nin baş direktoru İsmayıl Ömərovun iyunun 20-də Avropa Yayım İttifaqının rəhbərliyi ilə görüşü nəzərdə tutulur.

Azərbaycan Prezidenti İlham Əliyev artıq "Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında sərəncam verib.

Müsabiqənin keçirilməsi üçün YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb.

Təşkilat Komitəsi "Eurovision-2012" mahnı müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Eurovision-2011" müsabiqəsinin qalibi oldu.

Müsabiqənin qaydalarına əsasən, qalib ölkə növbəti ildə yarışmanı keçirmək hüququnu qazanır.

Xəbər lenti

Xəbər lenti