...

Müğənni Manaf Ağayevin oğlu avtomobil qəzası törədib

Mədəniyyət Materials 10 Oktyabr 2011 19:32 (UTC +04:00)
Populyar toy müğənnisi, "Toylar Kralı" müsabiqəsinin qaliblərindən biri Manaf Ağayevin oğlu Müşfiq Ağayev ötən həftə sonu idarə etdiyi "Nissan Altima" markalı avtomobili ilə qəza törədib.
Müğənni Manaf Ağayevin oğlu avtomobil qəzası törədib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Populyar toy müğənnisi, "Toylar Kralı" müsabiqəsinin qaliblərindən biri Manaf Ağayevin oğlu Müşfiq Ağayev ötən həftə sonu idarə etdiyi "Nissan Altima" markalı avtomobili ilə qəza törədib.

Trend-ə daxil olan məlumata görə, hadisə Bakının mərkəzi küçələrindən birində baş verib. Təlaşa düşən müğənni Biləsuvar rayonunda təşkil olunan konsert proqramında səhnəyə çıxmaqdan imtina edərək hadisə yerinə tələsib. Trend-ə açıqlamasında məlumatı təsdiqləyən müğənni avtomobil qəzasının yüngül olduğunu diqqətə çatdırdı.

"Konsertə getdiyim zaman zəng vurub dedilər ki, oğlum avtomobili ilə qəza törədib. Xəbəri elə pis şəkildə demişdilər ki, rayona getməkdən belə imtina etdim. Amma hadisə yerinə çatanda gördüm ki, elə də qorxulu şey yoxdur. Sadəcə işıqforda yaranan tıxac zamanı Müşfiq idarə etdiyi avtomobili ilə "Jiquli 011" markalı maşını arxa tərəfdən bir azca sürtüb. Dərhal ziyan dəyən sürücü ilə avtomobil təmiri mərkəzlərindən birinə getdik. Həm oğlumun avtomobilini, həm sürtülən "Jiquli"ini təmirə dayandırdıq və avtomobillərdəki bəzi hissələr qısa zamanda kosmetik təmirlə əvvəlki vəziyyətə gətirildi", - Manaf Ağayev belə dedi.

Söhbət zamanı müğənni bundan sonra oğluna avtomobili idarə etməsi üçün qadağa qoymacağını da söylədi. "Bu, hər bir sürücünün başına gələ bilər. Oğlum "aftoş"deyil ki, ona hansısa qadağalar qoyum. Yoxsa dünyasında onun sükan arxasına keçməsinə icazə verməzdim", - Ağayev əlavə etdi.

Xəbər lenti

Xəbər lenti