...

"Butterflies" qrupu Türkiyənin TMB musiqi kanalı üçün klip çəkdirib (FOTO)

Mədəniyyət Materials 15 Noyabr 2011 15:39 (UTC +04:00)
"Butterflies" (Kəpənəklər) qrupu türk dünyasının ortaq mədəniyyətini təbliğ edən TMB musiqi kanalı üçün klip çəkdirib.
"Butterflies" qrupu  Türkiyənin TMB musiqi kanalı üçün klip çəkdirib (FOTO)

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycan şou-biznesində iti addımlarla irəliləyən dörd balaca qızdan ibarət "Butterflies" (Kəpənəklər) qrupu türk dünyasının ortaq mədəniyyətini təbliğ edən TMB musiqi kanalı üçün klip çəkdirib.

Çəkilişləri uğurla başa çatan klip yaxın günlərdə sözügedən telekanalın efirində nümayiş olunacaq.

Qrupun yaradıcısı, bəstəkar Ülviyyə Vəliyeva Trend oxucularını gördükləri işlər barədə məlumatlandırdı. "Klip çəkilişlərinə qədər əməlli-başlı hazırlıqlar oldu. "Butterflies" fiziki hazırlıqlar keçdi. Qızların plastikaları üzərində iş görüldü. "Pirates Story" mahnısına çəkilən klip üçün rəqs quruldu. Bu rəqs "Lets dance" rəqs məktəbinin rəhbəri Emin Qurbanov tərəfindən quruldu. Klipin rəssamı Nərminə Vəliyeva oldu. Uşaqların stilisti də Nərminə Vəliyevadır. Klipin rejissoru Emil Babayev, operatoru Elvin Əhmədoğludur. Qrim işi Qalib Mirzəliyev və Nərminə Novruzova tərəfindən görüldü. Klip "Ultra Production"ın dəstəyi ilə çəkildi. Çəkiliş qrupuna əlavə dəstək verən o qədər adam var idi ki... İşlərimiz hamısı rəvan getdi. Hamı bacardığı qədər kömək edirdi. Çünki çox çətin iş idi. Məkanda nə qədər dəyişikliklər etmişdik. Maraqlı oldu.

İnşallah, ümid edirəm ki, istədiyimiz nəticəni alacağıq. Klipin ilk təqdimatı Türkiyənin TMB kanalında olacaq. Çünki məhz onların təşəbbüsündən sonra biz ürəklə klip çəkməyi qarşımıza məqsəd qoyduq. Əminəm ki, ekran işi tamaşaçıların da marağına səbəb olacaq", - Ülviyyə belə dedi.

Xəbər lenti

Xəbər lenti