...

Eurovision-2012 Mahnı Müsabiqəsinə qatılan ölkələrin milli finallarının tarixləri açıqlanıb

Mədəniyyət Materials 10 Fevral 2012 13:58 (UTC +04:00)
Eurovision-2012 Mahnı Müsabiqəsinin rəsmi saytı bu müsabiqəyə qatılan ölkələrin milli finallarının tarixlərini açıqlayıb.
Eurovision-2012 Mahnı Müsabiqəsinə qatılan ölkələrin milli finallarının tarixləri açıqlanıb

Azərbaycan, Bakı, 10 fevral / Trend müxbir İ.İsabalayeva/

Eurovision-2012 Mahnı Müsabiqəsinin rəsmi saytı bu müsabiqəyə qatılan ölkələrin milli finallarının tarixlərini açıqlayıb.

Trend-in cümə günü həmin sayta istinadən verdiyi məlumata görə, hazırda müsabiqədə iştirak edən ölkələr öz təmsilçilərinin seçimini davam etdirir.

Əksər ölkələrin Milli Finalı fevral ayına nəzərdə tutulub. Eurovision Mahnı Müsabiqəsi 2012-də iştirak edən ölkələrin təmsilçiləri martın 20-dək müəyyən edilməlidir.

Macarıstanın, İslandiyanın, Norvecin milli finalı fevralın 11-də, Azərbaycanın fevralın 12-də, Belarusun fevralın 14-də, Almaniyanın fevralın 16-da, İtaliyanın fevralın 18-də, Latviyanın, Ukraynanın fevralın 18-də, İrlandiyanın, Avstriyanın fevralın 24-də, Finlandiyanın fevralın 25-də, Niderlandın, Rusiyanın, Sloveniyanın fevralın 26-da, Bolqarıstanın fevralın 29-da, Estoniyanın, Litvanın martın 3-də, Moldova, Portuqaliya, İsveçin milli finalı martın 10-da olacaq.

Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.

May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.

57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq.

Xəbər lenti

Xəbər lenti