...

Bakıda ŞHK festivalının ilk qalibləri müəyyən edilib (FOTO)

Mədəniyyət Materials 20 Aprel 2012 13:59 (UTC +04:00)
Bakıda Heydər Əliyev Sarayında Azərbaycanın Şən və Hazırcavablar Klubu (ŞHK) liqasının təşkil etdiyi ŞHK komandalarının Respublika festivalı keçirilib.
Bakıda ŞHK festivalının ilk qalibləri müəyyən edilib (FOTO)

Azərbaycan, Bakı, 20 aprel / Trend Life, müxbir Vüqar İmanov /

Bakıda Heydər Əliyev Sarayında Azərbaycanın Şən və Hazırcavablar Klubu (ŞHK) liqasının təşkil etdiyi ŞHK komandalarının Respublika festivalı keçirilib. Trend-in məlumatına görə, festival "Bakılı oğlanlar" komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun əziz xatirəsinə həsr edilib.

Festivalda 14 - Bakının tələbələrdən ibarət 13 və Sumqayıtdan bir komanda iştirak edib.

Gənc komandaları isə 20-ci əsrin çempionu olan "Bakılı oğlanlar" komandasını əfsanəvi üzvləri Vado Korovin, İlqar Nəbiyev, Cavid İmamverdiyev, Pərviz Məmmədov, İlkin Məmmədov və "Bakı yığması" komandasının direktoru Fariz Abbasov mühakimə ediblər. Münsiflər heyətinə Bəhram Bağırzadə rəhbərlik edib.

Münsiflər heyəti heç də asan olmayan seçim nəticəsində birinci üç yerə Sumqayıt yığmasını, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının və Bakı Dövlət Universitetinin komandalarını layiq görüblər. Onlara kubok və diplomlar təqdim edilib.

Festival Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunub. Əsas tərəfdaş isə ARDNŞ olub.

Xəbər lenti

Xəbər lenti