...

Nazxanım Dadaşova Parisdə beynəlxalq müsabiqənin qalibi olub (FOTO)

Mədəniyyət Materials 27 Aprel 2012 13:17 (UTC +04:00)
16 yaşlı azərbaycanlı pianoçu Nazxanım Dadaşova Parisdə keçirilən Nikolay Rubinşteyn adına pianoçuların XI Beynəlxalq müsabiqəsinin qalibi olub.
Nazxanım Dadaşova Parisdə beynəlxalq müsabiqənin qalibi olub (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir V.İmanov/

16 yaşlı azərbaycanlı pianoçu Nazxanım Dadaşova Parisdə keçirilən Nikolay Rubinşteyn adına pianoçuların XI Beynəlxalq müsabiqəsinin qalibi olub. Bu barədə Trend-ə Dadaşovanın özü məlumat verib.

Beynəlxalq müsabiqədə 25 ölkədən - Fransa, Rusiya, Almaniya, Gürcüstan, Bosniya, Ukrayna, Özbəkistan, Türkiyə, Polşa, Sloveniya və s. 250-yə yaxın nümayəndə iştirak edib.

Nazxanım Dadaşova hazırda P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası yanında Mərkəzi Musiqi Məktəbində oxuyur.

2010-cu ildə onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib. Pianoçu prezident təqaüdçüsüdür.

Xəbər lenti

Xəbər lenti