...

Azərbaycanın "Eurovision 2012" təmsilçisi güləş üzrə Dünya Kubokunun açılış mərasimində iştirak edəcək

Mədəniyyət Materials 10 May 2012 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend/

Azərbaycanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva mayın 12-də Bakıda keçiriləcək kişilər arasında sərbəst güləş üzrə Dünya Kuboku 2012-nin açılış mərasimində iştirak edəcək.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, təmsilçimiz açılış mərasimi vaxtı "Eurovision 2012"-dəki "When the Music Dies" mahnısını ifa edəcək.

Yarışlarda birincilik uğrunda mübarizə aparacaq Azərbaycan komandasına dəstək olan Səbinə Babayeva "mənə qalib əhval-ruhiyyəsini saxlamaq üçün pəhləvanlarımızın məsləhəti lazımdır" deyib.

Xəbər lenti

Xəbər lenti