...

Rusiyalı nənələr liderliyi əldən vermək istəmir

Mədəniyyət Materials 20 May 2012 12:22 (UTC +04:00)
"Buranovskiye babuşki" fanatlar və jurnalistlər arasında səsvermədə liderliyini davam etdirir.
Rusiyalı nənələr liderliyi əldən vermək istəmir

Azərbaycan, Bakı, 20 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

"Buranovskiye babuşki" fanatlar və jurnalistlər arasında səsvermədə liderliyini davam etdirir.

Trend-in məlumatına görə, "Buranovskiye babuşki" Bakıda keçiriləcək "Eurovision 2012"-nin mətbuat mərkəzində fan klub üzvləri və jurnalistlər arasında təşkil olunmuş səsvermənin nəticələrinə görə, birinci yarımfinalın iştirakçıları arasında yenə də liderdir.

Mayın 20-si saat 12:00-a olan məlumata görə, Rusiya təmsilçiləri 326 səslə birinci yerdədirlər. İkinci yeri 308 səslə Rumıniyanın "Mandinga" qrupu tutur. Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou 303 səslə üçüncüdür.

Səsvermə mətbuat mərkəzi bağlananadək davam edəcək və günün sonunda başa çatacaq.

Xəbər lenti

Xəbər lenti