...

Fransız müğənni Bakıda açıq havada konsert verəcək

Mədəniyyət Materials 19 İyun 2012 11:53 (UTC +04:00)
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Fransanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə fransız müğənni Batlikin iyunun 21-də İçərişəhərdə açıq havada konserti baş tutacaq.
Fransız müğənni Bakıda açıq havada konsert verəcək

Azərbaycan, Bakı, 19 iyun /Trend/

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Fransanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə fransız müğənni Batlikin iyunun 21-də İçərişəhərdə açıq havada konserti baş tutacaq.

İdarədən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, iyunun 21-də Fransada musiqi bayramı günüdür və bu tarixdə konsert zallarında, küçələrdə çoxsaylı pulsuz konsertlər verilir, hər janrda musiqilər səslənir, insanlar rəqs edir və əylənirlər.

Ənənəvi olaraq hər il bu bayram münasibətilə Fransa səfirliyi müxtəlif tədbirlər keçirir.

Bu dəfə musiqi bayramı Bakının tarixi mərkəzində fərqli ifa üslubuna, cəlbedici və güclü səsə malik fransız müğənni Batlikin ifasında ecazkar konsert proqramı ilə qeyd olunacaq.

Konsert saat 20:00-da, Qoşa Qala Qapısı meydanında açıq havada baş tutacaq.

Xəbər lenti

Xəbər lenti