...

"YARAT!" təşkilatı Teymur Daiminin "Transkommunikasiya: Mənaların müdaxiləsi" layihəsini təqdim edib (FOTO)

Mədəniyyət Materials 6 İyul 2012 22:42 (UTC +04:00)
Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda Teymur Daiminin "Transkommunikasiya: Mənaların müdaxiləsi" adlı layihəsini təqdim edib.
"YARAT!" təşkilatı Teymur Daiminin "Transkommunikasiya: Mənaların müdaxiləsi" layihəsini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda Teymur Daiminin "Transkommunikasiya: Mənaların müdaxiləsi" adlı layihəsini təqdim edib.

Bu media-layihə qloballaşma, transmilli amil, mediakratiya, konseptual hakimiyyət mövzularına, həmçinin qloballaşma proseslərinin nəticəsi kimi, özgələşmə probleminə toxunur. Əsər topoloji baxımdan Bakının tam mərkəzində yerləşən Fəvvarələr meydanında nümayiş etdirilir. Bu məkanın tarixi XIX əsrin sonuncu rübünə aiddir. Həmin dövrdə bu meydan təntənəli plats-paradlar üçün nəzərdə tutulmuşdu və üç adı vardı: Kolyubakin meydanı (o zamankı Bakı qubernatoru P.İ.Kolyubakinin şərəfinə), Parapet və "Besplodnıy sad" ("Bəhərsiz bağ"). Burada II Aleksandra abidə qoyaraq, meydana İmperator meydanı adı verilməsi planlaşdırılırdı. Lakin abidə ucaldılmadı. 1917-ci il inqilabından sonra meydana K.Marks bağı adı verildi. Tədricən şəhər bağçasına çevrilən meydan 1984-cü ildə yenidən quruldu, yeri daşla döşəndi və burada müəyyən vaxtlarda işləyən bir neçə fəvvarə ilə bəzədildi. Bu meydanı şəhərin bütün digər məkanlarından fərqləndirən əsas cəhət onun mərkəzdə yerləşməsi və böyük keçicilik qabiliyyətinə malik olmasıdır. Bu yerin əlamətdar yer olduğunu inqilaba qədər burada imperatora abidə qoyulmasının planlaşdırılması, inqilabdan sonra isə ona K.Marksın adının verilməsi də təsdiq edir...

İstehlak Cəmiyyəti dövrü olan günümüzdə isə burada bütün dünyada tanınan brendlərin çoxsaylı reklamları yerləşdirilmişdir. Bir sözlə, Fəvvarələr meydanında bu və ya digər obyektin yerləşdirilməsi hamı üçün münasib olma baxımı ilə yanaşı, rəmzi optikada da (konseptual hakimiyyət özünü beləcə büruzə verir) nüfuza işarədir. Mc. Donalds-ın - dünyanın ən qüdrətli brendlərindən və qloballaşmanın rəmzlərindən birinin Fəvvarələr meydanında yerləşməsi heç də təsadüfi deyil. Onun şəhərin düz mərkəzində yerləşməsi yalnız transmilli korporasiyaların qüdrətinə dəlalət etmir. "Transkommunikasiya: mənaların müdaxiləsi" media-layihəsinin məqsədi qloballaşmanın transmilli amilinin problemi yaxınlıqdan ötüb keçən insanları monitorun ekranında gördüklərinə refleksiyaya vadar edən intellektual təhrik vasitəsilə radikallaşdırmaqdır. Onların gördükləri isə aşağıdakılar olacaqdır: intensiv dəyişən fonda Hollivud kinohitlərinin "teqlayn"ları görünəcəkdir. Bəs "teqlayn" nədir? Bu, filmin lakonik, əksər hallarda, bir cümlə ilə ifadə olunan mahiyyəti, onun əsas ismaricisıdır. Başqa sözlə, 10-15 dəqiqə ərzində, təxminən, 33 reklam sloqanı göstəriləcəkdir və seyrçi intellektual şəkildə 33 Holliıvud filmini "mənimsəyəcəkdir"; sloqanlar bu filmlərin fonunda görünəcək. Yəni, J.Delezin dililə desək, filmlərin "perseptləri deyil, konseptləri", onların sırf mənası nümayiş etdiriləcəkdir. Bəs, prinsipcə, Hollivud filmi nə deməkdir? Bu elə həmin qlobal məhsul, qloballaşmanın bütün dünyada fəal şəkildə həyata keçirilən eyni bir təfəkkür tərzi və varlıq modelidir.

Beləliklə, bu layihədə aşağıdakılarla qarşılaşırıq: qloballaşma mədəni-iqtisadi təcavüzünün digər bir örnəyi olan Mc. Donalds-ın binasının üzərində quraşdırılan monitordan yayımlanan qlobal Hollivud ideyası. Lakin məsələ ondadır ki, həmin metafilmdə teqlaynlardan başqa, ruhuna və anlamına görə tam əks olan, sadə insani münasibətlərə aidiyyatı olan və hər bir kəsə şəxsən ünvanlanan ifadələr də yer alacaqdır... Beləcə, simasızlaşdırılmış qlobal məlumatlar axınına antivirus proqramları kimi şəxsi (insani) səpkili məlumatlar qoşulacaqdır...

Neft bumundan Stalin imperiyası dövrünə kimi Fəvvarələr Meydanı ərazisində tikilmiş müxtəlif memarlıq strukturlarının, böyük əksəriyyətini memarlıq-planlaşdırma mühitinə daxil edilmiş Xruşovka proyektli binalar və yeni inşa edilmiş tikililər ("Nərgiz" ticarət mərkəzi) təşkil edır. Bu yerin belə maraqlı tarixi həm də Fəvvarələr Meydanında salınmış bəzi yaşıllaşmalarla da bağlıdır. Məsələn, 'Nərgiz" ticarət mərkəzinin yaxınlığındakı məşhur palmanı daha yaşlı nəsil bakılılar "Fidel palması" adlandırırdılar və deyilənə görə bu Bakı meri Əliş Cəmil oğlu Ləmbəranskiyə Fidel Kastro tərəfindən hədiyyə edilmişdir.

Xəbər lenti

Xəbər lenti