Azərbaycan, Bakı, 7 iyul /Trend/
Ölkəmizdə təşkil olunacaq futbol üzrə "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"-nin təbliğatı məqsədilə cümə günü Dənizkənarı Milli Parkda Saat qülləsinin yaxınlığında konsert təşkil olunub.
Bakıda cümə günü, həmçinin, futbol üzrə U-17 qadınlararası dünya çempionatının püşkü atılıb.
Qeyd edək ki, Bakıda keçiriləcək dünya çempionatının final mərhələsi sentyabrın 22-dən oktyabr ayının 13-dək davam edəcək.