...

Türkiyədə türk şairlərinin muzeyi yaradılacaq

Mədəniyyət Materials 22 Avqust 2012 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İ.İsabalayeva/

Türkiyənin Yalova şəhər bələdiyyəsinin Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət attaşeliyi ilə birgə layihə çərçivəsində Yalovada "Türk dünyası şairlər otağı" muzeyi yaradılacaq.

Azərbaycan Milli Elmlər Akademiyasından çərşənbə günü Trend-ə verilən məlumata görə, həmin muzeydə Hüseyn Cavidə həsr olunmuş guşə yaradılacaq.

Türkiyənin Yalova şəhər bələdiyyə başçısının məsləhətçisi Şəmsəddin Şəkərin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində olan qonaq bildirib ki, muzeydə türk dünyasını bir-birinə yaxınlaşdıran, həyatlarını bu işə həsr edən söz adamları, istiqlal şairləri barəsində materiallar toplanacaq. İndiyədək yaşayıb-yaratmış böyük türk şairlərindən 40 nəfəri haqqında müxtəlif materiallar - kitablar, broşürlər, filmlər, fotolar və s. muzeydə nümayiş etdiriləcək. Mövzularla bağlı sənədli filmlərin çəkilişi də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti