...

Danimarkada Nizami Gəncəviyə həsr olunmuş kitab çap ediləcək

Mədəniyyət Materials 6 İyun 2013 14:58 (UTC +04:00)
İsgəndəriyyə Kitabxanasının direktoru, Misir Elmlər Akademiyasının prezidenti İsmayıl Seragəldinin Nizami Gəncəviyə həsr olunmuş “Böyük dahinin poeziyası” (“The Poetry of the Magnificent Sage“) adlı kitabı Danimarkada çap ediləcək.
Danimarkada Nizami Gəncəviyə həsr olunmuş kitab çap ediləcək

Azərbaycan, Bakı, 6 iyun / Trend, müxbir M.Əliyev/

İsgəndəriyyə Kitabxanasının direktoru, Misir Elmlər Akademiyasının prezidenti İsmayıl Seragəldinin Nizami Gəncəviyə həsr olunmuş "Böyük dahinin poeziyası" ("The Poetry of the Magnificent Sage") adlı kitabı Danimarkada çap ediləcək. Trend-in məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Dünya kitabxanalarına təqdim olunması üçün nəşr edilən kitab ingilis dilində yüksək keyfiyyətli tərtibat və dünya muzeylərinin, eləcə də mərkəzin öz arxivindəki illüstrasiyalar, əlyazmalar hesabına bir qrup xarici mütəxəssisin dəstəyi ilə ərsəyə gələcək.

Nizami ümumbəşəri bir şəxsiyyətdir və son doqquz əsrdə Almaniyada Hötedən tutmuş, Azərbaycan bəstəkarı Qara Qarayev, Amerika ulduzu Erik Klaptona qədər minlərlə insanı dahi əsərləri yaratmağa ilhamlandırıb.

1142-ci ildə Azərbaycanın Gəncə şəhərində dünyaya göz açan Nizami Gəncəvi milli adət və ənənələrinə bağlı olaraq bütün dünyanın mədəniyyətinə təsir edəcək bir xəzinə yaradıb. Bu günlərdə belə insanlar Nizami fəlsəfəsini, onun dahiliyini anlamaqda acizdilər. Nizami fəlsəfə, kimya, astronomiya, həndəsə kimi elmləri gözəl öyrənmiş, islam dinini mükəmməl bilərək onun ən böyük təbliğatçısına çevrilib.

Nizaminin "Xəmsə"si dünya mədəniyyətinin və bəşəriyyətin ən böyük xəzinələrindən biri sayılır. Nizami Gəncəvi bütün əsərlərində insanlığı, bəşəriyyəti narahat edən bütün problemlərə toxunduğunu və hər kəsə örnək ola biləcək addımlar atdığını bildirir.

Kitab Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsi və Gəncə İcra Hakimiyyətinin dəstəyi ilə nəşr olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti