...

Milli Kino Günü ilə əlaqədar tədbir keçiriləcək

Mədəniyyət Materials 31 İyul 2013 15:18 (UTC +04:00)
Avqustun 2-də, saat 18:00-da Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Milli Kino Günü ilə əlaqədar tədbir keçiriləcək.
Milli Kino Günü ilə əlaqədar tədbir keçiriləcək

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Avqustun 2-də, saat 18:00-da Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Milli Kino Günü ilə əlaqədar tədbir keçiriləcək.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, bir çox dövlət və hökumət nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirak edəcəyi tədbirdə nazirliyin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2013-cü ildə istehsal olunmuş "Dərvişin qeydləri" bədii filminin təqdimatı olacaq. Çəkilişləri Salyanın "Ceyran düzü" ərazisində, Şəkidə, Pirəkəşkül qəsəbəsində və Bakıda kinostudiyanın pavilyonlarında aparılan filmin quruluşçu rejissoru Eldar Quliyev, ssenari müəllifləri Eldar Quliyev, İlqar Fəhmi, quruluşçu operatoru Yuri Varnovski, quruluşçu rəssamları Mais Ağabəyov, Əziz Məmmədov, bəstəkarı Siyavuş Kərimi, icrası prodüseri Vladimir Dudniçenkodur. Filmdə Fuad Poladov, Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Kənan Mahmudov, Şövqi Hüseynov, Bəhruz Əhmədli, Cavanşir Hadıyev, Cəfər Namiq Kamal, Rafiz Mehdizadə, Vidadi Həsənov, Elnar Qarayev, İsa Əsədov kimi aktyorlar rol alıblar.

Qeyd edək ki, avqustun 2-də Milli Kino Günü ilə əlaqədar Azərbaycanın 40-dan çox şəhər və rayonunda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə istehsal olunmuş "Dolu" bədii filmi nümayiş etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti