...

“Euronews” Beynəlxalq Bakı Caz Festivalı barədə yazır

Mədəniyyət Materials 29 Oktyabr 2013 10:26 (UTC +04:00)
Payız Azərbaycanın paytaxtı Bakıda caz vaxtıdır. Bunu Beynəlxalq Bakı Caz Festivalı haqqında məqaləsində Avropanın nüfuzlu telekanalı "Euronews"un saytı yazır.
“Euronews” Beynəlxalq Bakı Caz Festivalı barədə yazır

Azərbaycan, Bakı, 29 oktyabr / Trend, müxbir S.Əhmədova /

Payız Azərbaycanın paytaxtı Bakıda caz vaxtıdır. Bunu Beynəlxalq Bakı Caz Festivalı haqqında məqaləsində Avropanın nüfuzlu telekanalı "Euronews"un saytı yazır.

Trend-in məlumatına görə, məqalədə deyilir ki, hər il Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq Bakı Caz Festivalı təşkil edir. Bu il keçirilən caz festivalı bir çox məşhurların iştirakı ilə yadda qalıb.

Onların sırasında məşhur amerikalı saksafonçu Coşua Redman və onun kvarteti, həmçinin "Qremmi" mükafatına layiq görülmüş saksafonçu Kenni Qarret də yer alıb.

Bu il keçirilən caz festivalında, həmçinin məşhur fransız aktyoru Jerar Depardye də iştirak edib.

Fransız aktyor Beynəlxalq Bakı Caz Festivalına gəlişi barədə danışarkən bildirib: "Azərbaycan mənim sevdiyim bir ölkədir. Burada mənim çox sayda dostlarım, həmçinin musiqiçi dostlarım var və bu səbəbdən Beynəlxalq Bakı Caz Festivalı çox önəmlidir".

Məqalədə, həmçinin Azərbaycanın tanınmış caz musiqiçiləri Mircavad Cəfərov, Elbəy Məmmədzadə və digərləri barədə də məlumat öz əksini tapır.

Builki Beynəlxalq Bakı Caz Festivalında iştirak edən "Euronews"un müxbiri Volfqanq Spindler də öz təəssüratlarını bölüşüb: "Bakı Caz Festivalı ölkənin caz istedadını kəşf etmək üçün əla fürsətdir".

Qeyd edək ki, 23 oktyabr-2 noyabrda Bakıda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə Beynəlxalq Caz Festivalı keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti