...

Səfir: YUNESKO siyahısına salınan tar tamamilə Azərbaycana aiddir

Mədəniyyət Materials 21 Dekabr 2013 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir Ü.Niayeş/

YUNESKO-nun Qeyri-maddi mədəni irsi siyahısına daxil edilən tar tamamilə Azərbaycana aiddir. Trend-in məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov "Mehr" xəbər agentliyinə verdiyi müsahibəsində deyib.

C.Axundov bildirib ki, azərbaycanlı tarzən və bəstəkar Sadıqcan (Mirzə Sadıq) uzun müddət tar musiqi aləti üzərində iş aparıb və onu təkmilləşdirib: "Şuşadan olan bu sənətkar simlərin sayını 5-dən 11-ə çatdırıb. YUNESKO-nun siyahısına salınan tar məhz həmin musiqi alətidir".

Səfir əlavə edib ki, İranın çox zəngin mədəniyyəti var və minlərlə əsərini YUNESKO-nun siyahısına daxil edilməsi üçün təqdim edə bilər.

Qeyd edək ki, Azərbaycan tar ifaçılıq sənəti 2012-ci ilin 3-7 dekabr tarixlərində Fransanın Paris şəhərində keçirilmiş YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyasında YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti