...

"12 illik köləlik" ilin ən yaxşı filmi kimi "Oskar" aldı

Mədəniyyət Materials 3 Mart 2014 10:43 (UTC +04:00)
Amerikanın Kino İncəsənəti Akademiyası "Oskar" mükafatının 86-cı təqdimat mərasimində Stiv MakKuinin "12 illik köləlik" filmini ilin ən yaxşı filmi adlandırıb.
"12 illik köləlik" ilin ən yaxşı filmi kimi "Oskar" aldı

Azərbaycan, Bakı, 3 mart /Trend/

Amerikanın Kino İncəsənəti Akademiyası "Oskar" mükafatının 86-cı təqdimat mərasimində Stiv MakKuinin "12 illik köləlik" filmini ilin ən yaxşı filmi adlandırıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İTAR-TASS xəbər yayıb.

Film 9 kateqoriyada təqdim olunub və mükafatın favoritləri sırasında olub. Filmdəki işlərinə görə Aktrisa Lupita Nionqo "İkinci planda ən yaxşı aktrisa", Con Ridli isə "Ən yaxşı uyğunlaşdırılmış ssenari"yə görə "Oskar" alıb.

Əsas mükafat üçün səhnəyə Solomon Nortapın 1853-cü ildə yaradılmış memuarlarının ekranlaşdırıldığı tarixi dramın bütün yaradıcı kollektivi qalxıb. Nortap təhsilli azad insan idi və Nyu-Yorkda öz ailəsi ilə yaşayırdı. Onu Vaşinqtonda fırıldaqçılıqla yoldan çıxarırlar və köləliyə verirlər. Yalnız on iki ildən sonra Nortap evə qayıda bilir.

Ən prestijli kateqoriya uğrunda Alfonso Kuaronun "Cazibə", Aleksandr Peynin "Nebraska", O.Rassel Devidin "Amerikasayağı kələkbazlar", Spayk Consun "O", Jan Mark Vallenin "Alıcıların Dallas klubu" və Pol Qrinqrasın "Kapitan Fillips" filmi mübarizə aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti