...

Azərbaycan İntellektual Klublar Assosiasiyası «Nə? Harada? Nə zaman?» oyunu üzrə Beynəlxalq Klublar Assosiasiyasına qəbul olunub

Mədəniyyət Materials 10 İyun 2014 10:00 (UTC +04:00)
Azərbaycan İntellektual Klublar Assosiasiyası «Nə? Harada? Nə zaman?» oyunu üzrə Beynəlxalq Klublar Assosiasiyasına qəbul olunub
Azərbaycan İntellektual Klublar Assosiasiyası
«Nə? Harada? Nə zaman?» oyunu üzrə Beynəlxalq Klublar Assosiasiyasına qəbul olunub

Azərbaycan, Bakı, 10 iyun /Trend/

İyunun 8-də "Nə? Harada? Nə zaman?" oyunu üzrə Beynəlxalq Klublar Assosiasiyasının İdarə Heyətinin iclasında Azərbaycan İntellektual Klublar Assosiasiyası həmin təşkilata üzv qəbul olunub.

Azərbaycan İntellektual Klublar Assosiasiyası 2012-ci il mayın 29-dan etibarən fəaliyyət göstərir. Assosiasiyanın yaradılmasında əsas məqsəd gənclərin intellektual səviyyəsinin inkişafına kömək etməkdən, eləcə də Azərbaycanda fəaliyyət göstərən klubların səylərini koordinasiya etməkdən ibarətdir.

Azərbaycan İntellektual Klublar Assosiasiyasına 7 intellektual oyun klubu daxildir ki, bu klublarda da ümumilikdə 100-dən artıq komanda oynayır.

Azərbaycan İntellektual Klublar Assosiasiyası öz fəaliyyətini həm Azərbaycan, həm də rus dilində həyata keçirir. Assosiasiyanın üzvləri "İçərişəhər", "Azərbaycan", "İqtisadçı", "Lənkəran (Lənkəran)", "Nizami Gəncəvi (Gəncə)", "Ağdaş (Ağdaş)" və "Şəki (Şəki)" klublarıdır.

2013-cü il ərzində Azərbaycan İntellektual Klublar Assosiasiyası Kubokunun 4 mərhələsi keçirilib. Azərbaycanın 4 müxtəlif regionunda keçirilmiş bu turnirlər respublikanın cənubundakı Lənkəran, şimalındakı Şəki və qərb regionundakı Gəncə şəhərində intellektual oyunlara maraq yaranmasına təkan verib.

Assosiasiya Kubokunun finalı 2013-cü ilin dekabr ayında Bakı şəhərində keçirilib.

2014-cü il ərzində Azərbaycan İntellektual Klublar Assosiasiyası əvvəllər Azərbaycanda keçirilməmiş iki böyük turnirin - "Nə? Harada? Nə zaman?" oyunu üzrə I Bakı Marafonunun və "Fərdi oyun" üzrə Azərbaycan çempionatının təşkilatçısı olub. Assosiasiya Azərbaycanda intellektual oyunların inkişafına kömək edən və daha çox sayda gənclərin intellektual mühitə cəlb olunmasına təkan verən bir çox yeni layihələr həyata keçirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti