...

"Qaytağı" instrumental ansamblı fransalı tamaşaçılar qarşısında çıxış edib (FOTO)

Mədəniyyət Materials 25 Sentyabr 2014 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Azərbaycan mədəniyyətini, zəngin mədəni irsini fransızlara yaxından tanıtdırmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Parisin VI rayonundakı Sen-Sülpis meydanında təşkil olunan "Azərbaycan şəhərciyi" çərçivəsində keçirilən mədəni tədbirlərin altıncı günündə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin "Qaytağı" instrumental ansamblı tamaşaçılar qarşısında çıxış edib.

Respublikanın Əməkdar Artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi ansamblın ifasında müxtəlif musiqi nömrələri ifa olunub. Ansamblın müşayiəti ilə Əməkdar Artist Abbas Bağırovun ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Trend xəbər verir ki, tamaşaçı xanım Süzan Kabare ansamblın ifasından aldığı təəssüratları AzərTAc ilə bölüşərək deyib: "Azərbaycan musiqisini dəfələrlə dinləmişəm. Musiqinizin həzinliyi, ürəyəyatımlığı adamı sehrli bir aləmə aparır. Sözləri başa düşməsəm də, musiqinin mənalı olduğunu dərk edirəm. Musiqinin özü qəlbləri oxşayırsa, ifa edilən mahnıların sözləri bir o qədər də əhəmiyyət kəsb etmir. Müxtəlif vaxtlarda Azərbaycan ilə bağlı iştirak etdiyim tədbirlərdə dinlədiyim caz konsertləri, simfonik orkestrin, rəqs qruplarının çıxışları məndə belə qənaət yaradıb ki, Azərbaycan incəsənət adamları ilə zəngin bir ölkədir. Məmnuniyyətlə belə bir ölkəyə səfər edərdim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti