...

M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin binası əsaslı təmirdən sonra istifadəyə veriləcək

Mədəniyyət Materials 9 Oktyabr 2014 18:51 (UTC +04:00)
Oktyabrın 10-da Bakı şəhər M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbi binasının əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçiriləcək.
M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin binası əsaslı təmirdən sonra istifadəyə veriləcək

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Oktyabrın 10-da Bakı şəhər M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbi binasının əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, sözügedən musiqi məktəbi 1978-ci ildən fəaliyyət göstərir. "Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2009-cu il tarixli sərəncamına uyğun olaraq məktəbə görkəmli müğənni və bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin adı verilib. Nazirliyin müvafiq əmri ilə 2014-cü il 10 sentyabr tarixindən məktəb 11 illik təhsil sisteminə keçirilib.

Hazırda məktəbdə fortepiano, violin, fleyta, klarnet, ksilofon, tar, kamança, saz, kanon, qarmon, nağara, xanəndə ixtisasları üzrə 440 şagird təhsil alır, 104 müəllim çalışır. Məktəbin müəllim və şagirdləri şəhər, respublika və beynəlxalq səviyyəli tədbirlərdə uğurla iştirak edir, yüksək nailiyyətlər qazanırlar.

Məktəb binasının təmirdən sonra açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti