...

Ledi Qaqa Yaponiyanın sosial şəbəkəsində “stiker” oldu (FOTO)

Mədəniyyət Materials 26 Avqust 2015 11:24 (UTC +04:00)
“Hello Kitty” personajı üzərində çalışan yaponiyalı dizayner Yuko Yamaquti (Yuko Yamaguchi) “Line” messenceri üçün “stikerlər” kolleksiyası təqdim edib.
Ledi Qaqa Yaponiyanın sosial şəbəkəsində “stiker” oldu (FOTO)

Azərbaycan, Bakı, 26 avqust /Trend/

"Hello Kitty" personajı üzərində çalışan yaponiyalı dizayner Yuko Yamaquti (Yuko Yamaguchi) "Line" messenceri üçün "stikerlər" kolleksiyası təqdim edib. Bu "stikerlərdə" amerikalı müğənni Ledi Qaqa təsvir olunub. Trend bu barədə xarici mətbuata istinadən məlumat verir.

İstifadəçilərin seçiminə 9 yarlıq təqdim olunur: bu yarlıqların hamısına müğənni müxtəlif səhnə kostyumlarında təsvir olunub.

"Stikerləri" sentyabrın 21-dən yükləmək olacaq.

Qeyd edək ki, "Line" dünyada populyarlığına görə "WhatsApp"və "Skype"-dan sonra üçüncü yerdədir. Proqram təminatı ən çox Asiya ölkələrində - Yaponiya, İndoneziya və Tailanda populyardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti