...

“Xeyr deməyin, xeyir eləyin!” adlı maraqlı aksiya

Mədəniyyət Materials 19 Dekabr 2015 11:22 (UTC +04:00)
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Xalça Muzeyində “Xeyr deməyin, xeyir eləyin” adlı xeyriyyə aksiyası keçirilib.
“Xeyr deməyin, xeyir eləyin!” adlı maraqlı aksiya

Bakı. Trend:

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Xalça Muzeyində "Xeyr deməyin, xeyir eləyin" adlı xeyriyyə aksiyası keçirilib.
Trend-in məlumatına görə, dünən başlayan xeyriyyə aksiyası 19 və 20 dekabr günlərində də saat 10:00-dan 20:00-dək davam edəcək.

"Xeyr deməyin, xeyir eləyin" adlı aksiyada "Sehrli Aləm" Cəmiyyətinin üzvü rəssam dizayner, Moldovalı, əslən Qaqauz türkü olan Kirçu Yekaterina tərəfindən hazırlanmış "Yeni il aksesuarları"nın sərgisi və satışı həyata keçirilib. Müəllif parça, şüşə və taxta üzərində işləmə, dekorasiya, yenil il üçün uşaq oyuncaqları və nağıl personajlarına illüstrasiyalar işləmişdir.

Xeyriyyə aksiyası ilə yanaşı Azərbaycanın əvəzsiz sənət nümunələrini, milli irsini qorunması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə Azərbaycan Xalça Muzeyinin "Uşaq Muzeyi" şöbəsinin təqdimatında "Tariximiz naxışlarda" (milli geyim növlərində, məişət əşyalarında xalça elementlərinin təsvirinin rənglənməsi və məlumatlandırılması), "Bir ilmə də sən vur" (kiçik hanalarda palaz və kilimin keçirtmə yolu ilə öyrədilməsi texnologiyasının nümayişi), "Mənim Xalçam" (İri monitorlarda naxışlar vasitəsi ilə xalça kompozisiyasının yaradılması), "Gəlin öyrənək" (Hazırlanmış ornament təsvirlərinin rənglənməsi) adlı uşaq proqramları da təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti