...

Bakı Türk Anadolu liseyində “Nə? Harada? Nə zaman?” (FOTO)

Mədəniyyət Materials 22 Yanvar 2016 16:45 (UTC +04:00)
"Azərbaycan" İntellektual Oyunlar Klubu Fəaliyyət göstərdiyi müddətdə Azərbaycan intellektual hərəkatında özünəməxsus yerini tutmuş, istedadlı gəncləri öz ətrafında toplamaq və bir komanda şəklində daim irəliyə hərəkət etmək məqsədini rəhbər tutaraq inkişaf etməyə və öz əhatə dairəsini genişləndirməkdə davam etməkdədir.
Bakı Türk Anadolu liseyində “Nə? Harada? Nə zaman?” (FOTO)

Bakı. Trend:

"Azərbaycan" İntellektual Oyunlar Klubu Fəaliyyət göstərdiyi müddətdə Azərbaycan intellektual hərəkatında özünəməxsus yerini tutmuş, istedadlı gəncləri öz ətrafında toplamaq və bir komanda şəklində daim irəliyə hərəkət etmək məqsədini rəhbər tutaraq inkişaf etməyə və öz əhatə dairəsini genişləndirməkdə davam etməkdədir. Belə ki, 40-dan çox komanda ilə davam edən məktəbli liqasına 2015-ci ilin son aylarından etibarən Bakı Türk Anadolu liseyi də qoşuldu.

Yanvarın 18-də Bakı Türk Anadolu liseyində "Nə? Harada? Nə zaman?" turnirlərinin ümumi qalibləri arasında "Breyn Rinq" turniri keçirildi. 9A, 10A, 11A ve 11 B ümumilikdə finala vəsiqə qazanan komandalar olsa da gərgin qarşılaşma nəticəsində 10A sinfi qalib oldu, ikinci yeri 9A, 3c2 yeri 11A və sonuncu yeri 11B sinifləri tutdular.

"Azərbaycan" İntellektual Oyunlar Klubu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, ADA Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Avrasiya Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Universiteti, Edinburq Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Kompyuter Kollecində oyunlar təşkil edir.

Eyni zamanda, həftənin bazar günləri AİOK-un təşkilatçılığı ilə Azərbaycan və rus dillərində "Nə? Harada? Nə zaman?", "Fərdi Oyun" və "Breyn Rinq" formatında oyunlar keçirilir. Oyunlarda tələbələrarası çempionatlarda aktivlik göstərən ali müəssisələrini təmsil edən komandalar, intellektual hərəkatda aktiv olan tələbə gənclər və ümumi intellektuallar iştirak edir. Klub iki dildə oyunlar təşkil edən yeganə intellektual klubdur.

İnformasiya dəstəyi - Trend, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti