...

Gənc Tamaşaçılar Teatrının əməkdaşı müsabiqə qalibi oldu (FOTO)

Mədəniyyət Materials 14 Oktyabr 2016 19:15 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəssamı Telman Şıxıyev daha bir müsabiqədə iştirak edərək qalib olub.
Gənc Tamaşaçılar Teatrının əməkdaşı müsabiqə qalibi oldu (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəssamı Telman Şıxıyev daha bir müsabiqədə iştirak edərək qalib olub.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, T.Şıxıyev British Council, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilmiş Azərbaycan “Şekspir Xalçası” müsabiqəsinin qalibi olub.

Dahi dramaturqun 450-ci ildönümü şərəfinə keçirilən müsabiqə cari ilin may ayında start götürüb. Müsabiqəyə may-iyul arasında uşaqlar, peşəkar dizaynerlər və ictimaiyyət tərəfindən 60-dan çox əl işi təqdim edilib. Müsabiqəyə təqdim edilən xalça dizaynları Şekspirin pyeslərindəki səhnələri və əsərlərindəki motivləri təsvir etməklə yanaşı, həm də Azərbaycan ənənələrini əks etdirib. Müsabiqənin ümumi qalibi olan T.Şıxıyev Londonun V&A Muzeyinə və Şekspirin "Qlobus" teatrına səyahət etmək imkanı qazanıb.

T.Şıxıyev 2016-cı ilin iyun ayında Almaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası “Qız Qalası” İncəsənət Qalereyası və “Berlin-Bakı” Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə həyata keçirilmiş “Almaniya bir rəssamın gözü ilə” sərgisində 3-cü yerə layiq görülərək Almaniyaya 10 günlük səfər etmək imkanı əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti