...

Bəstəkar Nazim Əliverdibəyovun 90 illik yubleyi qeyd olunub (FOTO)

Mədəniyyət Materials 18 Noyabr 2016 14:18 (UTC +04:00)
Görkəmli bəstəkar və pedaqoq Nazim Əliverdibəyovun 90 illik yubleyinə həsr olunmuş konsert keçirib.
Bəstəkar Nazim Əliverdibəyovun 90 illik yubleyi qeyd olunub (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə 30 nömrəli uşaq musiqi məktəbi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında görkəmli bəstəkar və pedaqoq Nazim Əliverdibəyovun 90 illik yubleyinə həsr olunmuş konsert keçirib.

Bu barədə Trend-ə İdarədən məlumat verilib.

Nazim Əliverdibəyov, Ü.Hacıbəylinin "Əsli və Kərəm" və "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirmiş, onun nəşr edilmiş "Leyli və Məcnun" (1983), "Koroğlu" (1985) operalarının partituralarının redaktoru olub. Eyni zamanda bir sıra xalq mahnılarını işləmiş və maraqlı əsərlər yazıb.

Konsert proqramında 30 nömrəli uşaq musiqi məktəbinin şagirdləri bəstəkarın “Bayatı Şiraz”, “Fırça”, “Yollar”, “Hanı o günlər”, “Qaytağı”, “Vals-skerso”, “Elegiya”, “Ay Xəzər”, “Qarabağ” əsərlərini və işlədiyi “Laçın”, “Süsən Sünbül”, “Səndən mənə yar olmaz” xalq mahnılarını ifa ediblər. Konsertdə Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, xalq artisti Yalçın Adıgözəlov, Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin məsləhətçisi Məhəmməd Həmzəyev, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Nazim Əliverdibəyovun ailə üzvləri, uşaq musiqi və incəsənət məktəblərinin direktorları və tələbələr iştirak ediblər.

Sonda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq doktoru, professor Zemfira Qafarova, əməkdar incəsənət xadimi, Ü.Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov, xalq artisti, professor Ramiz Quliyev çıxış edərək, N.Əliverdibəyovun yaradıcılıq dəsti-xəttinin bəzi məqamlarından, bəstəkarın hərtərəfli fəaliyyətinindən və onunla bağlı xatirələrindən bəhs ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti