...

Ermənilərin nifrət etdiyi məşhur rus aktyorun faciəli sonluğu (FOTO/VİDEO)

Mədəniyyət Materials 8 Fevral 2017 20:47 (UTC +04:00)
Lider TV-nin efirində Sergey Bodrovla bağlı veriliş olacaq.
Ermənilərin nifrət etdiyi məşhur rus aktyorun faciəli sonluğu (FOTO/VİDEO)

Bakı. Trend:

Bu həftə "Kino evi"ndə, 11 fevral saat 11:30-da Lider TV-nin efirində 90-cı illər Rusiyasının simvolu sayılan, xüsusən də "Qardaş" filmindəki Danila Baqrov obrazı ilə sevilən, öz ekran enerjisi və xarizması ilə seçilən aktyor, rejissor, ssenarist, aparıcı Sergey Bodrov olacaq.

Aktyor Əməkdar artist Firdovsi Atakişiyevlə müzakirə ediləcək.

"Kino Evi"nin layihə rəhbəri, idea müəllifi və aparıcısı Zeynəb Abdullah, "Kino Mətbəx" rubrikasının aparıcısı isə Nigar Şamilovadır. Rejissor və montaj - İBO, operatorlar - Orxan Həsənov və Kamal Məmmədov, fotoqraf Kamil Əmirlidir.

Veriliş 3 hissədən ibarətdir. Birinci hissədə tanınmış kino ulduzlarının müəmmalı həyatı haqqında məlumat verilir. İkinci hissə "Kino mətbəx" rubrikası adlanır. Həmin ulduzun obrazları, xüsusilə də vizit kartı sayılan filmi, bizim hər hansı tanınmış sima ilə (aktyor, kinoşunas, rejissor) müzakirə olunur.

Üçüncü hissə "Çək göstər" adlanır. Burada həvəskarlar tərəfindən çəkilən sosial çarxların, qısametrajlı filmlərin yayımlanmasına şərait yaradılır. Verilişin mahiyyəti əyləncəli və maarifləndirici xarakter daşıyır. Həftə ərzində kinoteatrlarda yayımlanacaq filmlərin afişası da nəzərdə tutulub.

Hər şənbə saat 11:30, təkrarı bazar ertəsi 12:00 və 05:15-də Lider TV-nin efirində.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Xəbər lenti

Xəbər lenti