...

Ukrayna teatrı Bakıda “Qrinç. Əfsanənin qayıdışı” adlı sehrli tamaşa göstərəcək

Mədəniyyət Materials 6 Mart 2017 21:05 (UTC +04:00)
Odessanın “Skazki na vse vremena” (“Əbədi nağıllar”) teatr birliyi uşaqlar üçün “Qrinç. Əfsanənin qayıdışı” adlı musiqili tamaşa təqdim edəcək.
Ukrayna teatrı Bakıda “Qrinç. Əfsanənin qayıdışı” adlı sehrli tamaşa göstərəcək

Bakı.Vüqar İmanov - Trend:

Odessanın “Skazki na vse vremena” (“Əbədi nağıllar”) teatr birliyi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində uşaqlar üçün “Qrinç. Əfsanənin qayıdışı” adlı musiqili tamaşa təqdim edəcək.

Trend-in məlumatına görə, tamaşa 15-16 aprel tarixlərində baş tutacaq. Seansların başlama vaxtı saat 12:00 və 15:00-dır.

“Qrinç. Əfsanənin qayıdışı” musiqili tamaşası hansısa Ktoqrad şəhərindən və onun Milad bayramının əsl mənasını anlamağa çalışan gənc sakini Sindi Ludan bəhs edir. Bəziləri Milad bayramının mənasını hədiyyələrdə, digərləri isə evlərin bəzədilməsində görür, lakin onun öz ruhuna həqiqətən dəyər verəni tamaşanın sonunda öyrənəcəksiniz!

Sehr və sürprizlərlə zəngin bayram ab-havası. İnanılmaz dekorasiyalar, qeyri-adi kostyumlar, aktyorların oyunu, müəllif musiqisi ilə ahənglik təşkil edən baletin məharəti sizə və uşaqlarınıza unudulmaz təəssüratlar və xeyli parlaq emosiyalar bəxş edəcək!

Konsertə biletləri şəhərin bütün kassalarında və “ASAN xidmət” mərkəzlərində, habelə https://iticket.az/ saytında onlayn əldə etmək olar.

Biletlərin ödənişsiz çatdırılması üçün telefon nömrəsi - (077) 600-00- 60.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti