...

Xalq artisti Adil Bağırovun 80 illik yubileyi qeyd olunub (FOTO)

Mədəniyyət Materials 30 İyun 2017 19:26 (UTC +04:00)
Adil Bağırovun 80 illik yubileyinə və 60 illik səhnə fəaliyyətinə həsr olunmuş gecə keçirilib.
Xalq artisti Adil Bağırovun 80 illik yubileyi qeyd olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Televiziyası, Mədəniyyət kanalı, Azərbaycan Radiosunun təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi olan Azərbaycanın xalq artisti, şöhrət ordenli, prezident təqaüdçüsü, Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri Adil Bağırovun 80 illik yubileyinə və 60 illik səhnə fəaliyyətinə həsr olunmuş gecə iyun ayının 29-da Beynəlxalq Muğam Mərkəzində keçirilib.

Trend-in məlumatına görə, gecədə Mədəniyyət kanalının direktoru Ramil Qasımov, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi və Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru və Bəstəkarlar ittifaqının katibi Sərdar Fərəcov çıxış edərək yubilyarı təbrik ediblər.

Konsertdə əməkdar artistlər Almaz Orucova, Zakir Əliyev, Təyyar Bayramov, müğənnilər Aytən Məhərrəmova, Elnur Zeynalov, Abgül Mirzəliyev, Kamilə Nəbiyeva, Günay İmamverdiyeva və Sərxan Bünyadzadəçıxış ediblər.

Azərbaycan Televiziyası, Mədəniyyət kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı,Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Dövlət Filarmoniyasının birgə layihəsi çərçivəsində Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı alətləri orkestrinin müşayiəti ilə Kamal Nuriyevin solokonserti keçiriləcək.

Orkestrin bədii rəhbəri və dirijoru Faiq Sadıxovdur. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti