...

Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının növbəti tamaşası keçirilib (FOTO)

Mədəniyyət Materials 24 Yanvar 2018 02:15 (UTC +04:00)
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının növbəti tamaşası keçirilib
Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının növbəti tamaşası keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının növbəti tamaşası keçirilib.

Lakin bu sıradan bir tamaşa olmayıb çox önəmli bir hadisəyə - operanın ilk tamaşasının 110 illiyinə həsr edilmiş yubiley tamaşası idi.

Azərbaycanda və müsəlman Şərqində operanın ilk nümunəsi olan "Leyli və Məcnun" dahi bəstəkar Üz.Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınmış və elə həmin il yanvarın 12-də yeni təqvimlə 25-də) ilk dəfə səhnəyə qoyulub. Ölməz bəstəkarın bu ölməz əsəri yarandığı vaxtdan insiyə kimi fasiləsiz olaraq 110 ildir ki, Opera və Balet Teatrımızın repertuarındadır. Bu illər ərzində milli muğam sənətimizin əksər tanınmış və görkəmli nümayəndələri tamaşada baş rolları - Leyli və Məcnun partiyalarını ifa etmiş və etməkdədir. Onlardan bəziləri bu rollara artıq möhürlərini vurmuş və tamaaçıların sevimlisinə çevriliblər.

Bazar günü baş tutan yuboley tamaşasında da belə ifaçılardan biri - Xalq artisti, Prezident mükafatçısı, "Şöhrət" ordenli, 25 ildən bəri Məcnun rolunda bənzərsiz ifası ilə tamaşaçıların qəlbinə yol tapan sənətkarımız Mənsum İbrahimov çıxış edirdi.

Bülbül milli musiqinin Avropa musiqisi ilə sintezi vasitəsilə Azərbaycanda yeni vokal məktəbi yaradıb. 25 ildən artıq bir müddətdə xalq musiqi yaradıcılığı nümunələrinin toplanması, öyrənilməsi, nota köçürülməsi və nəşri sahəsində böyük iş görüb.

Görkəmli müğənni demək olar ki, bütün Azərbaycan operalarının qəhrəmanlarının ilk ifaçısı olmuşdur. Lakin Üz.Hacıbəylinin eyni adlı operasında yaratdığı Koroğlu obrazı onun vokal səhnə sənətinin zirvəsi sayılır.

Böyük sənətkarın xatirəsinə həsr olunmuş tamaşada Koroğlu partiyasını Əməkdar artist Fərid Əliyev ifa edəcəkdir. Tamaşada həmçinin Əməkdar artistlər İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsən xan), Əkrəm Poladov (Alı), Əliəhməd İbrahimov (Təlxək), Xalq artistləri Əli Əsgərov (İbrahim xan), Fidan Hacıyeva (Xanəndə qız), Sabir Əliyev (Vəli), solistlərdən Taleh Yahyayev (Ehsan paşa), Tural Ağasıyev (Həmzə), Fəhmin Əhmədli (Vəzir) çıxış ediblər.

Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edib.

Xəbər lenti

Xəbər lenti