...

Xalq artistinin 70 illik yubileyi keçiriləcək

Mədəniyyət Materials 25 Yanvar 2018 20:49 (UTC +04:00)
Xalq artisti, vokal sənətinin görkəmli nümayəndələrindən olan Elxan Əhədzadənin 70 illik yubileyinə həsr edilmiş bədii gecə keçiriləcək.
Xalq artistinin 70 illik yubileyi keçiriləcək

Bakı. Trend:

Yanvarın 29-da saat 19:00-da Azərbaycan Televiziyasının «Mədəniyyət» kanalının, Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi, xalq artisti, vokal sənətinin görkəmli nümayəndələrindən olan Elxan Əhədzadənin 70 illik yubileyinə həsr edilmiş bədii gecə keçiriləcək.

Trend-in məlumatına görə, gecədə Elxan Əhədzadənin həyat və yaradıcılığından,maraqlı ömür yolundan bəhs edən videomateriallar nümayiş olunacaq. Həmçinin Azərbaycanın tanınmış vokal ifaçılarının, mədəniyyət və incəsənət nümayəndələrinin çıxışları yer alacaq. Elxan Əhədzadənin işıqlı xatirəsinə həsr olunan bədii gecəyə musiqinu sevən, dəyər verən hər kəsi dəvət edirik.

Elxan Əhədzadə 30 yanvar 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. 1967-ci ildə C.Cabbarlı adına Kinostudiyanın “kino aktyoru” kursunda Adil İsgəndərovun sinfini bitirir.1969-cu ildə Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. 1972-1977-ci illərdə İncəsənət İnsititutunun ”Musiqili Komediya aktyoru” fakultəsini bitirir. Və həmin ildən də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor kimi çalışır. R.Hacıyevin “Mama ya jenyus”, ”Kavkazskaya plemyanitsa” və s.əsərlərdə baş rollarda çıxış edir.

Sonralar bir müddət Rəşid Behbudovun “Mahnı Teatrı”nda fəaliyyət göstərir. Həmçinin kinostudiyada “Çətirimiz buludlardır”, ”Üzü küləyə” filmlərində baş rollarda çıxış edir. ”Bəylik dərsi”, ”Babək”, “Ordan-burdan”, ”Həyat bizi sınayır” filmlərində maraqlı rollar yaradır.

Çingiz Əhədzadənin opera sahəsində bir-birindən maraqlı obrazlar yaradıb. Ü.Hacıbəylinin” Leyli və Məcnun”əsərində Nofəl, C.Bizenin ”Karmen” operasında Eskamin, R.Mustafayevin "Vaqif" operasında Şah Qacar, S.Ələsgərovun ”Solğun Çiçəklər”ində Bəhram, C.Verdinin “Riqoletto” əsərində Riqoletto və başqa rolları ilə yadda qalıb.

Elxan Əhədzadə uzun illər Azərbaycan Televiziyası və Radiosunun Tofiq Əhmədov adına estrada-simfonik orkestrində solist kimi çalışıb. Həmçinin respublikanın ən mötəbər tədbirlərində çıxışlar edib.

2010-cu ildə dünyasını dəyişən sənətkarın işıqlı xatirəsi qəlbimizdə yaşayır. Onun sənət inciləri AzərbaycanTeleviziyası və Radiosunun fondunda qorunub saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti