...

“Narimanfilm” kinostudiyası incəsənət, mədəniyyət və mətbuat nümayəndələrini mükafatlandırıb (FOTO)

Mədəniyyət Materials 2 Avqust 2018 16:16 (UTC +04:00)
“Narimanfilm” kinostudiyasının ofisində keçirilən görüşdə mükafatçılar və Narimanfilmin işçi heyəti iştirak edib.
“Narimanfilm” kinostudiyası incəsənət, mədəniyyət və mətbuat nümayəndələrini mükafatlandırıb (FOTO)

Bakı. Trend:

“Narimanfilm” kinostudiyası 2 Avqust - Milli Kino Günü və Azərbaycan kinosunun 120 illiyi ilə əlaqədar bir sıra incəsənət, mədəniyyət və mətbuat işçisini mükafatlandırıb.

Kinostudiyadan Trend-ə verilən məlumata görə, mükafatlandırılan şəxslər “Narimanfilm” kinostudiyası ilə əmakdaşlıq etdiyi müddətdə yüksək peşəkarlıq göstərərək kinostudiyanın uğurlu layihələrə imza atmasında, ölkə daxilində və ölkədən kənarda tanınmasında, bununla da ümumilikdə Azərbaycan kinosunun və incəsənətinin inkişafında xüsusi rol oynayıblar.

Qeyd olunan xidmətlərinə görə aşağıda göstərilən şəxslərə “Fəxri fərman” və dəyərli hədiyyələr verilib:

1. Rejissor - Abiyev Murad Zakir oğlu

2. Geyim üzrə rəssam - Şabanova Olqa Nikolayevna

3. Aktyor - Mithət Adıgözəl oğlu Aydın

4. Aktyor - Azər Rauf oğlu Aydəmir

5. Jurnalist - İmanov Vüqar Elbrus oğlu

“Narimanfilm” kinostudiyasının ofisində keçirilən görüşdə mükafatçılar və Narimanfilmin işçi heyəti iştirak edib. “Narimanfilm” kinostudiyasının direktoru Nəriman Məmmədov çıxış edərək mükafatçıların hər birini və kinostudiyanın işçi heyətini Milli Kino Günü münasibəti ilə təbrik edib və onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti