...

Bakı beynəlxalq animasiya festivalında münsiflər heyətinin tərkibi açıqlanıb (FOTO)

Mədəniyyət Materials 24 Avqust 2018 20:09 (UTC +04:00)
ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalına filmlərin və ssenarilərin qəbulu davam edir.
Bakı beynəlxalq animasiya festivalında münsiflər heyətinin tərkibi açıqlanıb (FOTO)

Bakı. Trend:

ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalına filmlərin və ssenarilərin qəbulu davam edir.

Bu barədə Trend-ə 19-21 oktyabr 2018-ci il tarixlərində keçiricləcək ANİMAFİLM festivalının təsisçisi Rəşid Ağamalıyev məlumat verib.

R.Ağamalıyev bildirib: “Sevindirici haldır ki, artıq festivalda iştirak etmək üçün 30 ölkədən, özünəməxsus kino ənənələri ilə tanınan Fransa, ABŞ, İran, Almaniya, Böyük Britaniya, İtaliya, Kanada, İspaniya, Yaponiya və digərlərindən 250 müraciət daxil olub və bu rəqəm günbəgün artmaqdadır. Festivalda iştirak etmək üçün animasiya filmləri və ssenarilər animafilm.az-da yerləşdirən elektron qəbul forması vasitəsi ilə senytabrın 15-nə kimi qəbul olunur ”.

Birinci ANİMAFİLM Festivalının mövzusu Azərbaycan animasiyasıdır.

İstedadın dəstəklənməsi və animasiya sənətinin irəlilədilməsi meyarlarına əsaslanaraq, festivalda nominasiyaları iki beynəlxalq tərkibli münsiflər heyəti animasiya filmləri və ssenarilər üzrə heyət dəyərləndirəcək.

Animasiya filmləri üzrə Münsiflər Heyəti:

Elçin Hami Axundov (Azərbaycan,

Cahangir Süleymanov (Rusiya),

Ketevan Canelidze (Gürcüstan),

Məhəmməd Qazala (Misir),

Andrey Xovanets (Slovakiya).

Ssenarilər üzrə Münsiflər Heyəti: Yefim Abramov (İsrail), Sevinc Əzimova

(Azərbaycan), Leyla Novruzi (İran), Aygün Aslanova (Azərbaycan), Kəmalə Rövşən (Azərbaycan).

Münsiflər heyəti hər kateqoriya üzrə ən yaxşı filmə “Qızıl gəmi” mükafatı sertifikatı təsis edir.

Münsiflər Heyəti Azərbaycan animasiyasının inkişafına verilən töhfəyə görə “Qızıl gəmi” mükafatı sertifikatı verilməsini nəzərdə tutur.

Sayca 1-ci ANİMAFİLM Festivalı pul mükafatları təsis etməyi nəzərdə tutmur.

Festivalın təşkili gedişatında Təşkilat Komitəsi bu qərarı dəyişmək hüququnu özündə saxlayır. Bundan başqa TK sponsorlara öz mükafatlarını təsis etmək imkanı verən hüququ təmin edə bilər.

Münsiflər Heyətinin üzvləri həmçinin müsabiqədənkənar və peşəkar proqramlarda da fəal iştirak edəcəklər. Tanınmış Azərbaycan rejissoru Elçin Hami Axundov uşaqlar üçün kağız gəlinciklərin hazırlanması üzrə “Ustad dərsi” keçirəcək, Rusiya rejissoru Cahangir Süleymanov öz filmlərini təqdim edəcək və rejissorluğun sirlərindən danışacaq, Ketevan Canelidze və Məhəmməd Qazala gürcü və Misir animasiyalarının retrospektivlərini aparacaqlar.

Daha çox məlumat əldə etmək üçün festivalın rəsmi səhifəsini, İnstagram və Facebook səhifələrini izləyə bilərsiniz.

http://www.animafilm.az/

https://www.instagram.com/animafilm.festival/

https://www.facebook.com/Animafilm-505695493191901/

İnformasiya dəstəyi - Trend.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti