...

Amerikalı caz truba ifaçısı dünyasını dəyişib (VİDEO)

Mədəniyyət Materials 4 Noyabr 2018 12:40 (UTC +04:00)
Amerikalı caz truba ifaçısı Roy Harqrouv 49 yaşında ABŞ-da vəfat edib
Amerikalı caz truba ifaçısı dünyasını dəyişib (VİDEO)

Bakı. Tural Turan - Trend:

Amerikalı caz truba ifaçısı Roy Harqrouv 49 yaşında ABŞ-da vəfat edib . Trend-in məlumatına görə, Harqrouv Nyu-Yorkda yerləşən xəstəxanada ürək dayanmasından vəfat edib. O, illərdir əziyyət çəkdiyi böyrəklərlə bağlı problemə görə xəstəxanaya çatdırılmışdı.

Truba ifaçısı “Diamond in the Rough” ilk albomunu 1990-cu ildə buraxıb. Harqrouv iki dəfə “Qremmi” mükafatına layiq görülüb.

Onun şənbə günü Nyu-Cersidə çıxış etməsi gözlənilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti