...

Beynəlxalq Muğam Mərkəzinin “Qəzəllər” layihəsi

Mədəniyyət Materials 1 Dekabr 2018 02:59 (UTC +04:00)
Seyid Əzim Şirvaninin qəzəlləri mövzusunda musiqi gecəsi keçib.
Beynəlxalq Muğam Mərkəzinin “Qəzəllər” layihəsi

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzinin “Qəzəllər” layihəsi çərçivəsində böyük Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin qəzəlləri mövzusunda musiqi gecəsi keçib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, gecədə xanəndələr Sədəf Budaqova, Elgiz Əliyev və Gülzar Fərəcovanın ifasında Seyid Əzim Şirvaninin qəzəllərinə “Zabul Segah” muğamı səslənib.

Xanəndələri tarda Nurlan Cəbizadə, kamançada Müşfiq Lətifov, balabanda Rafael Əsgərov, nağarada Vüsal Bayramov müşayiət edibilər.

Seyid Əzim Şirvaninin qəlbləri fəth edən qəzəlləri, şux təsnif və rənglər gecəni yaddaqalan və rəngarəng edib.

Tədbir qəzəlsevərlər üçün çox maraqlı keçdi və gur alqışlarla qiymətləndirilib. Beynəlxalq Muğam Mərkəzinin yeni “Qəzəllər” layihəsinin hər təqdimatında tanınmış və gənc xanəndələrin ifasında tamaşaçılara qəzəl üslubunda gözəl poeziya nümunələri yaratmış dahi Azərbaycan klassik şairlərinin əsərləri təqdim edilir.

“Qəzəllər” layihəsinin növbəti tədbiri Beynəlxalq Muğam Mərkəzində dekabrın 20-də saat 19:00-da keçiriləcək. Konsertdə Əliağa Vahidin qəzəlləri səslənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti