...

Təəssüf ki, bədii ədəbiyyatımızda, filmlərimizdə mənfi qaynana obrazı yaradılır - Komitə sədri

Mədəniyyət Materials 15 May 2019 12:50 (UTC +04:00)
Təəssüf ki, bədii ədəbiyyatımızda, filmlərimizdə mənfi qaynana obrazı yaradılır
Təəssüf ki, bədii ədəbiyyatımızda, filmlərimizdə mənfi qaynana obrazı yaradılır - Komitə sədri

Bakı. İlhamə İsabalayeva - Trend:

Təəssüf ki, bədii ədəbiyyatımızda, filmlərimizdə mənfi qaynana obrazı yaradılır. Mən bir dənə də müsbət qaynana obrazı görmürəm. Bu da psixoloji gərginlik yaradır.

Trend-in məlumatına görə, bunu “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, ölkə gəncləri kənar təhdidlərdən özünü qorumalıdır. Bu kənar təhdidlərdən qorunmağın yolu onlarda hissiyyatı gücləndirməkdir.

Komitə sədri daha sonra qeyd edib ki, Azərbaycanın nümunəvi ailələri cəmiyyətə təqdim edilməlidir.

Ailə dəyərlərimizin televiziyalarda daha çox təbliğ edilməsini vacib sayan M.Qurbanlı hesab edir ki, sağlam ailələr güclü dövlətin təməlini təşkil edir.

:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti