...

Bakıda Milli Kino Günü qeyd olunacaq

Mədəniyyət Materials 25 İyul 2019 11:58 (UTC +04:00)
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2 avqust 2019-cu il tarixində saat 18:00-da Nizami Kino Mərkəzində Milli Kino Gününə həsr olunmuş yubiley tədbiri keçiriləcək.
Bakıda Milli Kino Günü qeyd olunacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2 avqust 2019-cu il tarixində saat 18:00-da Nizami Kino Mərkəzində Milli Kino Gününə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Trend-in məlumatına görə, mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin və həvəskarlarının iştirak edəcəyi mərasimdə dövlət studiyalarında son illər ərzində görülmüş işlər haqqında video-çarxlar vasitəsilə məlumatın verilməsi və bir qrup kino xadiminin mükafatlandırılması nəzərdə tutulub.

Tədbirdə, həmçinin dövlət sifarişi ilə istehsal olunmuş, gənc rejissorlar Kamal Yaşarın “Dan yeli”, Pərviz Həsənovun “Soraq”, eləcə də Orxan Ağazadənin müstəqil şəkildə çəkdiyi “Oturacaqlar” qısametrajlı bədii filmləri nümayiş etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti