...

UNESKO Keizo Obuçi Tədqiqat Təqaüd Proqramı elan edir

Mədəniyyət Materials 1 Avqust 2019 17:45 (UTC +04:00)

UNESKO tərəfindən 2019-cu il üzrə UNESKO-Yaponiya Gənc Tədqiqatçılar üçün Keizo Obuçi Tədqiqat Təqaüd Proqramı elan edilmişdir.

Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, insan resursları üçün potensialın gücləndirilməsi üzrə Yaponiyanın Etimad Fondu tərəfindən layihələşdirilən bu proqram əsasən aşağıdakı tədqiqatların aparılmasına yönəlib:

  • ətraf mühit, xüsusilə fəlakət riskinin azaldılması;
  • mədəniyyətlərarası dialoq;
  • informasiya və kommunikasiya texnologiyaları;
  • münaqişələrin sülh yolu ilə həlli.

Gənc tədqiqatçıların bilik və imkanlarını gücləndirmək məqsədi daşıyan bu proqramda hökümət, qeyri-hökümət qurumları, universitetlər və elmi-tədqiqatlar institutların nümayəndələri iştirak edə bilərlər.

Müvafiq proqram üzrə son müaraciət tarixi 29 noyabr 2019-cu il olaraq müəyyən edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti