...

Azərbaycan UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilib (FOTO)

Mədəniyyət Materials 18 Dekabr 2019 07:10 (UTC +04:00)
Azərbaycan təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilib
Azərbaycan UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilib (FOTO)

Bakı. Trend:

Kolumbiyanın paytaxtı Boqotada UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 14-cü sessiyasında Azərbaycan təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilib.

Trend-in məlumatına görə, sessiyada 5 qeyri-maddi mədəni irs nümunəsi Təcili Qorunmaya Ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına, 35 qeyri-maddi mədəni irs nümunəsi isə Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. İlk dəfə olaraq, bir qeyri-maddi mədəni irs nümunəsi siyahıdan çıxarılıb.

UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci sessiyasının 2020-ci ilin 30 noyabr-5 dekabr tarixlərində Yamaykanın Mədəniyyət, Gender, Əyləncə və İdman naziri Oliviya Qranqenin sədrliyi ilə bu ölkənin paytaxtı Kinqston şəhərində keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Sessiyada qəbul olunmuş qərara əsasən, Azərbaycan komitənin vitse-prezidenti seçilib. Ölkəmizlə yanaşı, Çin, Niderland, Qazaxıstan, Küveyt və Cibuti də komitənin vitse-prezidentləri seçiliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti