...

“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

Mədəniyyət Materials 22 May 2020 11:35 (UTC +04:00)
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzi muzey hissəsindən qədim musiqi alətləri ekspozisiyasında yer alan alətlər haqqında mühazirələri sosial şəbəkələrdəki hesablarından təqdim etməkdədir.

Trend-in məlumatına görə, mühazirənin bu dəfəki buraxılışı şahrud alətinə həsr olunub. Məlumatı Azərbaycan Milli Konservatoriyasının “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov təqdim edib.

Rud - qədim simli çalğı alətidir. Ud tipli alətlər qrupuna daxildir. Əsasən saray mədəniyyətinə məxsus olan musiqi alətləridir, yaranması XVI əsrə qədər gəlib çatıb. Orta əsr Azərbaycan klassiklərinin əsərlərində təsvir edilmişdir. Şahrud - rudun böyük, bəm biçimi olan alətdir. Uddan 2 dəfə böyük, 5 cüt simi olub, uddan bir oktava bəm səslənir. IX əsrdə yaransa da, XIV əsrdə Ə.Marağayi tərəfindən bərpa olunub.

Alət müasir günümüzdə Məmmədəli Məmmədov tərəfindən MK-nın elmi –tədqiqat laboratoriyasında təkmilləşərək təqdim edilib və Beynəlxalq Muğam Mərkəzinin “Qədim musiqi alətləri” ekspozisiyasında yer alır. Layihənin məqsədi milli musiqi alətlərimizi böyük auditoriyaya tanıtmaqdır.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi elmi tədqiqat və araşdırma yönlü fəaliyyəti nəticəsində bu günə kimi dəyirmi masa layihəsi çərçivəsində muğam sənətimizin və musiqinin müxtəlif janrlarını əhatə edən, milli musiqi alətlərimizin tarixi və problemlərinə həsr olunan elmi-praktiki konfrans və müzakirələr keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti