...

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyindən Bayraq günü ilə bağlı maraqlı videoçarx (FOTO)

Mədəniyyət Materials 9 Noyabr 2020 12:21 (UTC +04:00)
YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyindən Bayraq günü ilə bağlı maraqlı videoçarx (FOTO)

Bakı. Trend:

Dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız qürurumuz, milli-mənəvi dəyərlərə, azadlıq məfkurəsinə və ümumbəşəri ideallara sadiqliyimizin simvoludur.

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hazırladığı videoçarxda da bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımızın Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirdiyi qeyd olunur.

Bayrağımızın rənglərinə uyğun milli geyimlərdə olan gənclər mavi göylərin bəyaz və qızıl süsünə, müstəqilliyimizin rəmzi, milli qürurumuz, milli kimliyimizə həsr edilən şeirlər səsləndirib, dövlət atributumuzun uca zirvələrdə qürurla dalğalandığını fəxrlə qeyd ediblər.

Ey Bacımın gəlinliyi, şəhidimin son örtüsü.

İşıq-işıq, dalğa-dalğa bayrağım,

Sənin dastanını oxudum, sənin dastanını yazacağam - söyləyən gənclər videoçarxda milli atributlarımıza verilən yüksək dəyəri diqqətə çatdırmağa çalışıblar.

At belində üçrəngli bayrağımızı əlində dalğalandıran igid əsgərimizin vüqarı, əzəməti isə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun tezliklə işğal altında qalan yurd-yuvalarımızın azad ediləcəyinə, üçrəngli bayrağımızın həsrətlə əsl sahibini gözləyən torpaqlarımızda əzəmətlə dalğalanacağına əminliyi ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti