Bakı. Orxan Nəbiyev - Trend:
"Netflix" video platformasının işində nasazlıqlar yaranıb.
Trend-in məlumatına görə, qüsurlar əsasən ABŞ ərazisində müşahidə olunur.
Qeyd olunur ki, istifadəçilərin 66 faizi saytın işindən şikayət edib. 18 faiz istifadəçi serverə qoşula bilmədiyini, 16 faizi isə videolara baxarkən çətinliklə üzləşdiyini bildirib.
"Netflix"in işində cüzi nasazlıqlar Kanada ərazisində də qeydə alınıb.
Şirkət bu barədə rəsmi açıqlama verməyib.