...

Azərbaycanlı rəssamın əsərləri Türkiyədə sərgidə nümayiş olunur (FOTO)

Mədəniyyət Materials 21 Fevral 2022 16:05 (UTC +04:00)
Azərbaycanlı rəssamın əsərləri Türkiyədə sərgidə nümayiş olunur (FOTO)

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində 2-ci “Sənət və Tarix” sərgisi işə başlayıb.

Trend-in məlumatına görə, sərgidə Azərbaycan rəssamı Nurlana Hacıyevanın əsərləri də nümayiş etdirilir.

Sərgi erkən orta əsrlər dövründən qalmış “Antic Cisterna” salonunda keçirilir. Azərbaycanlı rəssamla yanaşı, tədbirdə 20-yə yaxı rəssamın işləri təqdim olunur.

Sərgi martın 2-dək davam edəcək.

Qeyd edək ki, N.Hacıyevanın əsərləri bir müddət əvvəl Londonda Azərbaycan rəssamlarının sərgisində, Bakıda İtaliya Səfirliyinin təşkil etdiyi “Futurismo Ora” sərgisində nümayiş etdirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti