...

Anar Kərimov Şuşa ilə bağlı mədəniyyət layihələrindən danışıb (FOTO)

Mədəniyyət Materials 15 Mart 2022 10:23 (UTC +04:00)
Anar Kərimov Şuşa ilə bağlı mədəniyyət layihələrindən danışıb (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mədəniyyət paytaxtımız Şuşa bu il azadlığının 2-ci ildönümünü yaşayacaq.

Trend-in məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov "Şuşa söhbətləri" layihəsinin təqdimat mərasimi zamanı deyib.

O qeyd edib ki, bu il eyni zamanda Şuşanın yaranmasının 270 illiyidir.

"Şuşanın əhəmiyyəti yalnız onun tarixindən yox, həmçinin mədəniyyət beşiyimiz olmasından irəli gəlir. "Şuşa söhbətləri" layihəsində vətəndaşların iştirakına və öz fikirlərini səsləndirməsinə də şərait yaradılacaq. Bu müzakirələrin Şuşada da keçirilməsi planlaşdırılır" - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti